×
A
A
A
Sazlamalar

Türk Dövlətləri Təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Bakı, 31 mart, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı rəsmi tviter hesabında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə azərbaycanlı qardaşlarımızla birgə soyqırımı qurbanlarını ehtiramla anır, Türk Dövlətləri Təşkilatı olaraq bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi və insanlığa qarşı bu cür cinayətlərin təkrarlanmaması üçün fəaliyyətimizi davam etdirəcəyimizi bir daha bildiririk”.

31 mart 2022-03-31 12:00:00