×
A
A
A
Sazlamalar

Göyçayda Ramazan ayının başlanması ilə əlaqədar tədbir təşkil olunub

Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Göyçay rayonunda dini icma sədrləri və din xadimlərinin iştirakı ilə Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) saytına istinadla xəbər verir ki, tədbirdə çıxışlar zamanı ölkəmizdə dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğu, dövlətin dini sahəyə, din xadimlərinə diqqət və qayğı göstərdiyi qeyd edilib. Ramazan ayı ilə bağlı qarşıda duran vəzifələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb, dini icmalara və dindarlara tapşırıq və tövsiyələr verilib.
Ramazan ayı ilə əlaqədar tədbirlərin QMİ-nin fətvasına uyğun keçirilməsinin vacibliyi qeyd olunub. Məscidlərdə azanların QMİ tərəfindən tərtib edilmiş təqvimə uyğun verilməsinin zəruriliyi bildirilib. Məzhəblərarası təfriqə və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərdən heç bir vəchlə istifadə etməmələri din xadimlərinin diqqətinə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Din 2022-03-30 18:45:00