×
A
A
A
Sazlamalar

Saatlıda "31 mart - bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda tədbir təşkil olunub

Bakı, 30 mart, AZƏRTAC

Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin "31 mart - bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə çıxışlar zamanı 1918-ci ilin mart soyqırımının öz amansızlığına, qəddarlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı cinayət aktlarından biri olduğu qeyd edilib. Bildirilib ki, erməni terror birləşmələrinin 1918-ci il 30 mart - 3 aprel tarixlərində təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə də dinc Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla həyata keçirdiyi soyqırımı nəticəsində minlərlə günahsız soydaşımız öldürülüb. 31 mart hadisələrinə siyasi-hüquqi qiymət məhz 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

31 mart 2022-03-30 15:55:00