×
A
A
A
Sazlamalar

Şimal bölgəsində fəaliyyət göstərən din xadimləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Bakı, 30 mart, AZƏRTAC

Martın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti, İnsan Hüquqları üzrə müvəkkilin Quba regional mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba və Şabran bölgələri üzrə qazılıqlarının birgə təşkilatçılığı ilə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nün 104-cü ildönümü ilə əlaqədar şimal bölgəsinin din xadimlərinin iştirakı ilə ziyarət təşkil olunub.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, əvvəlcə Quba Soyqırımı Memorial Kompleksdə yerləşən kütləvi məzarlıq ziyarət olunub, üzərinə gül dəstələri qoyulub. Daha sonra iştirakçılar memorial muzey ilə tanış olublar.
Çıxışlarda 1918-ci ilin mart-may aylarında ermənilərin havadarları ilə birgə Azərbaycanın müxtəlif bölgələrində qəddarlıqla həyata keçirdikləri soyqırımı haqqında məlumat verilib. Qeyd olunub ki, ermənilər Azərbaycan xalqına qarşı XX əsrdə bir neçə dəfə soyqırımı hadisələri törədiblər.

 

31 mart 2022-03-30 12:21:00