Müdafiə Nazirliyi: İstifadəyə yararsız döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyası davam etdirilir
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, döyüş sursatlarının utilizasiya prosesi 2022-ci il martın 28-dən aprelin 2-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
“Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq”, - deyə nazirliyin məlumatında qeyd olunub.
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Azərbaycanın müdafiə naziri ilə ABŞ müdafiə katibinin müavini arasında telefon danışığı olub
MN: Mövqelərimiz atəşə tutulub
Qazaxıstanlı nümayəndə heyəti ölkəmizdə səfərdədir VİDEO
Müdafiə Nazirliyi orta ixtisas təhsili pilləsinə gizir hazırlığı kursuna qəbul elan edir