×
A
A
A
Sazlamalar

Allahşükür Paşazadə: Azad olunmuş ərazilərimizin ermənilər tərəfindən minalanması yerli əhalinin doğma torpaqlara qayıdışını yubadır

Bakı, 29 mart, AZƏRTAC

Ermənilər Qarabağda onlara məxsus olmayan tarixi-mədəni irsin guya məhv edilməsi ilə bağlı beynəlxalq aləmə yaydıqları dezinformasiyadan uzaqlaşaraq, işğal dövründə Qarabağ torpaqlarında və vaxtilə Azərbaycan torpaqlarında yaradılan indiki Ermənistanda azərbaycanlılara məxsus bütün tarixi, mədəni və dini irsi nə üçün məhv etdiklərinə dair sualları cavablandırmalıdırlar, 4 minə yaxın əsir, itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqlar aşkar olunur, üstü açılmamış cinayətlərin izləri üzə çıxır. Azad edilmiş ərazilərimizin ermənilər tərəfindən minalanmış vəziyyətdə olması, yandırılmış torpaq siyasəti kimi müharibə cinayəti törədilməsi səbəbindən yerli əhalinin doğma torpaqlara qayıdışı yubanır, yüzdən çox mülki insan minalara düşərək ya həlak olur, ya da ömürlük əlil qalır. Təəssüflər olsun ki, bütün bu hadisələrə Erməni Apostol Kilsəsi nəinki susur, qınamır, əksinə, revanşizm əhval-ruhiyyəsini daha da alovlandırır. Avropa Parlamenti isə nüfuzlu beynəlxalq qurum olaraq heç şübhəsiz ki, məhz bu reallıqlara dair öz prinsipial mövqeyini nümayiş etdirməlidir.

Din 2022-03-29 15:37:00