Qanunsuz erməni silahlı dəstələrinin üzvlərinin təxribat cəhdinin qarşısı alınıb
Bakı, 26 mart, AZƏRTAC
Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.
Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilir VİDEO
Ankarada Azərbaycanın hərbçi həkimlərinə rütbə və diplomlar təqdim olunub
Azərbaycan ilə Latviya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub