×
A
A
A
Sazlamalar

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistanın informasiya təxribatı davam edir

Bakı, 25 mart, AZƏRTAC

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya pilotsuz uçuş aparatlarının (PUA) istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin məlumatında bildirilib ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.
Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir.

 

 

 

Ordu 2022-03-25 11:29:00