×
A
A
A
Sazlamalar

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək sərgidə Yüksək Texnologiyalar Parkının texnoloji məhsulları nümayiş olunacaq

Bakı, 18 mart, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçiriləcək sərgidə AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) tərəfindən akademiyanın bir sıra institut və təşkilatları ilə birgə həyata keçirilən texnoloji layihələr və texnoparkın rezidentlərinin istehsal etdikləri innovativ məhsullar təqdim olunacaq.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, ölkəmizdə innovativ texnoloji yeniliklərin inkişaf etdirilməsinə, cəmiyyətdə innovativ təşəbbüslərin artırılmasına və elmin kommersiyalaşdırılmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına hər zaman dəstək verən YT Park AMEA-nın festivalda yüksək səviyyədə təmsil olunması üçün geniş imkanlara malikdir.
Sərgidə Yüksək Texnologiyalar Parkının rezidenti “İnkor” MMC tərəfindən YT Park və Neft-Kimya Prosesləri İnstitutu ilə birgə təklif etdiyi 23 yeni maddə nümayiş olunacaq. Həmçinin “Elm və Texnologiyalar Parkı” MMC kənd təsərrüfatında istifadə olunan pilotsuz uçuş aparatlarını, Təcrübə-Sənaye Zavodu yeni texnologiya əsasında bitki yağlarından alınmış məhsulları, “Azcosmetics Group” təbii saç boyalarını, “Beyt” MMC “ağıllı” arı yeşiklərini və LED lampa üçün diod və mikrosxemləri, “İntertek Azeri LTD” neftin daha təhlükəsiz daşınması texnologiyasını, “Proline Chemicals” MMC nanotexnologiya əsasında avtomobilə qulluq vasitələrini, su və toz qovucu preparatları, eləcə də nanotəmizləyiciləri təqdim edəcək.

Texnologiya 2022-03-18 12:39:00