×
A
A
A
Sazlamalar

Azərbaycan Texniki Universitetinin tələbələri “Huawei” şirkətinin sertifikatını alıb

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbələri Əli Cəlilov və Emil Əhmədov “Huawei” şirkəti ilə Moskva Rabitə və İnformatika Texniki Universitetinin 5G şəbəkəsi və texnologiyası üzrə təşkil etdiyi beynəlxalq onlayn seminarda iştirak edib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, seminara dünyanın 10-dan çox ölkəsinin tələbələri qatılıb. İki ay davam edən seminarın sonunda tələbələr “Huawei” şirkətinin sertifikatına layiq görülüb. Sertifikat şirkətin Avrasiya regionu üzrə prezidenti Deniel Çjounun imzası ilə təqdim edilib.
Qeyd edək ki, hər iki tələbə professor Bayram İbrahimovun rəhbərliyi ilə Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetinin təşkil etdiyi “İnfotelekom-2022” beynəlxalq olimpiadasına hazırlaşırlar.


Texnologiya 2022-03-17 15:52:00