×
A
A
A
Sazlamalar

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

Bakı, 17 mart, AZƏRTAC

Yanvar-fevral aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 26,9 milyon manatlıq məhsul istehsal olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 39,6 faiz, elektrik avadanlıqlarının istehsalı isə 78,2 faiz artıb. Həmçinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 2,2 dəfə, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 55 faiz, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı isə 23,6 faiz artım olub.

 

İKT 2022-03-17 12:21:00