×
A
A
A
Sazlamalar

Azərbaycanda ÜDM istehsalının 1,8 faizi informasiya və rabitə sahəsinin payına düşüb

Bakı, 16 mart, AZƏRTAC

Ümumi Daxili Məhsul (ÜDM) istehsalının 42,5 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2 faizi digər sahələrin payına düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilir.
Məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil edib.

İKT 2022-03-16 19:27:00