×
A
A
A
Sazlamalar

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Məktəbli startapçılar layihəsinə start verilir

Bakı, 16 mart, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu təhsil portalı tərəfindən “Məktəbli startapçılar” adlı yeni layihəyə start verilir.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, layihədə paytaxt məktəblərində təhsil alan istedadlı, təşəbbüskar məktəblilərin uğurlu startap layihələrindən bəhs olunacaq. Bakı məktəblərində təhsil alan startapçılar təhsil həyatları, ideyaları, təqdim etdikləri yeniliklər və gələcək planları barədə danışacaqlar.
Layihənin məqsədi yaradıcı və yenilikləri ilə fərqlənən, sadəcə məktəbdə öyrəndiklərilə kifayətlənməyib daha çox məlumat əldə etməyə çalışaraq fərqli işlər ərsəyə gətirən Bakı məktəblərinin istedadlı gənc startapçılarını ictimaiyyətə tanıtmaqdan ibarətdir.
Bununla yanaşı, layihə çərçivəsində əlavə olaraq məktəblilərin gündəlik həyatlarını, startap ideyalarını əks etdirən fotoşəkil və videogörüntülər təqdim olunacaq. Həmçinin layihədə iştirak edən şagirdlər ideyalarını startapa çevirmək istəyən digər məktəblilərə fikir və tövsiyələrini təqdim edəcəklər.

Texnologiya 2022-03-16 18:49:00