×
A
A
A
Sazlamalar

Rəqəmsal Transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası

Bakı,16 mart, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Rəqəmsal Transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, iclasda Türkiyənin bir sıra universitetləri, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatı (KOSGEB), KOBİA və digər aidiyyəti qurumların birgə dəstəyilə AzTU-da yaradılması planlaşdırılan texnoparkla bağlı görüləcək işlər ətrafında müzakirələr aparılıb.
Bundan əlavə, AzTU-nun üzv olduğu CDIO Təşəbbüsü Universitetlər Şəbəkəsi ilə əlaqədar fəaliyyət istiqaməti, müdafiə sənayesi üzrə ixtisaslı kadrların hazırlanması üçün ayrılmış inzibati binada görülən və planlaşdırılan işlər barədə də təkliflər səsləndirilib.
Həmçinin müzakirə olunan məsələlərlə bağlı AzTU-nun qarşısında duran vəzifələr, rəqəmsallaşma, beynəlxalq təcrübə, prioritetlərin müəyyən edilməsi, universitet resurslarından səmərəli istifadə, universitet-sənaye işbirliyi və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
İclasda şura üzvləri ilə yanaşı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Teymur Cəfərov da iştirak edib.

Texnologiya 2022-03-16 17:05:00