×
A
A
A
Sazlamalar

İnformasiya və rabitə müəssisələri 381,3 milyon manatlıq xidmət göstərib

Bakı, 15 mart, AZƏRTAC

Yanvar-fevral aylarında informasiya və rabitə müəssisələri tərəfindən 381,3 milyon manatlıq xidmət göstərilib.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz artım olub.
Xidmətlərdən əldə edilən gəlirin 42 faizi və ya 160 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

İKT 2022-03-15 11:33:00