×
A
A
A
Sazlamalar

® “Azercell”dən açıqlama

“Azercell Telekom” MMC abunəçilərini vatsap tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən “Azercell” mobil nömrə satışı təkliflərinə, şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır.

Bildiririk ki, müvafiq məzmun və saxta təkliflərin “Azercell”ə heç bir aidiyyəti yoxdur.
Yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün “Azercell” mobil nömrələrin əldə edilməsi məqsədilə yalnız şirkətin rəsmi “www.azercellim.com” internet səhifəsinə, eləcə də “Azercell Eksklüziv” mağazaları və rəsmi diler şəbəkəsinə müraciət etməyi xahiş edir. Eyni zamanda, şirkət öz abunəçilərindən şübhəli zənglərə və SMS-lərə cavab verməməyi, qeyri-rəsmi internet saytlardan istifadə etməməyi tövsiyə edir.

İKT 2022-03-14 13:09:00