×
A
A
A
Sazlamalar

Bolqarıstan parlamentində Xocalı soyqırımı ilə bağlı bəyannamə qəbul edilib

Bakı, 11 mart, Rauf Hacıyev, AZƏRTAC

Martın 10-da Bolqarıstan Respublikasının Xalq Məclisində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyannamə qəbul olunub.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bəyannamədə Xocalı qətliamı zamanı qətlə yetirilmiş 613 nəfərin, həmçinin itkin düşmüş mindən çox şəxsin xatirəsi ehtiramla anılır, baş vermiş kütləvi qırğın qətiyyətlə pislənilir.

 

 

Xocalı faciəsi 2022-03-11 18:37:00