Müdafiə Nazirliyi: Rusiya Müdafiə Nazirliyi tərəfindən verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir
Bakı, 7 mart, AZƏRTAC
Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilib. Eyni zamanda, iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunub.
Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunub.
Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyini ölkəmizin suveren ərazilərinə Azərbaycanda mövcud olmayan inzibati ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırır.
Müdafiə Nazirliyi orta ixtisas təhsili pilləsinə gizir hazırlığı kursuna qəbul elan edir
Hərbi qulluqçular bayram münasibətilə uşaq evlərini ziyarət ediblər
Azərbaycan Ordusu nümayəndələri NATO-nun müxtəlif proqramları çərçivəsində fəal iştirak edir
MN: Ordumuzun mövqeləri atəşə tutulub VİDEO
Azərbaycan Ordusunda keçirilən təlim-metodiki toplanış başa çatıb