×
A
A
A
Sazlamalar

Berndəki “Qarabağ” məktəbində Xocalı soyqırımı barədə məlumat verilib

Bakı, 6 mart, AZƏRTAC

İsveçrənin Bern şəhərində fəaliyyət göstərən “Qarabağ” həftəsonu Azərbaycan məktəbində Xocalı soyqırımının 30-cu ildönümü mövzusunda dərs keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, onlayn formatda baş tutan dərsdə məktəbin müəllimi, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Leyla Bağırzadə şagirdlərə 30 il öncə Ermənistan silahlı qüvvələrinin Xocalı sakinlərinə qarşı törətdikləri soyqırımı barədə ətraflı məlumat verib. Qanlı qətliam zamanı uşaqlara, qadınlara və ahıllara aman verilmədiyi diqqətə çatdırılıb.
Xocalı soyqırımı həqiqətlərini əks etdirən foto və video materialların nümayiş etdirildiyi dərs zamanı şagirdlər Xocalı soyqırımına ithaf olunmuş şeirlər səsləndiriblər.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.

Qan yaddaşı 2022-03-06 23:51:00