×
A
A
A
Sazlamalar

Martın 8-də olimpiadaların informatika fənni üzrə yarımfinal turu təşkil olunacaq

Bakı, 5 mart, AZƏRTAC

Fənn olimpiadalarının informatika fənni üzrə respublika mərhələsinin yarımfinal turu martın 8-də ölkə üzrə 5 mərkəzdə təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan bildirilib. Qeyd edilib ki, Bakı şəhərində 2 (ADA Universiteti və Bakı Mühəndislik Universiteti), bölgələrdə 3 mərkəzdə (Gəncə şəhəri fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi və Şirvan şəhəri kimya biologiya təmayüllü respublika liseyi) keçiriləcək yarımfinal turu aşağı yaş qrupu üzrə saat 10:00-da, yuxarı yaş qrupu üzrə saat 15:00-da başlanacaq.
Rayon (şəhər) mərhələsində portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçən şagirdlər buraxılış vərəqələrini portal.edu.az saytından, 8-ci sinif şagirdləri isə təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər. İştirakçılardan yarışın başlama vaxtından bir saat əvvəl qeyd edilən mərkəzlərdə olmaları xahiş edilir.

Texnologiya 2022-03-05 18:43:00