×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul prosesi davam edir VİDEO

Bakı, 5 mart, AZƏRTAC

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulu prosesi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər fevralın 28-dən martın 19-dək qoşun növlərinin hərbi hissələrinin qərargahlarında, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
Qəbul qaydaları barədə Müdafiə Nazirliyinin saytında ətraflı məlumat əldə etmək mümkündür.

Ordu 2022-03-05 12:36:00

Video