Hərbi Akademiyada Pakistanın nümayəndə heyəti ilə görüş keçirilib
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəisi kontr-admiral Şifaat Ali Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə olunub, hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.
Qonaqlara Azərbaycanda hərbi təhsil sistemi haqqında brifinq təqdim olunub.
Sonda xatirə fotosu çəkilib, nümayəndə heyətinin Xalça Muzeyinə və İncəsənət Muzeyinə ekskursiyası təşkil edilib.
Türkiyənin Milli Müdafiə Universitetində Azərbaycanın hərbi qulluqçularına diplomlar təqdim edilib
Ankarada azərbaycanlı hərbi feldşerlərə diplomlar təqdim olunub
Komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilir VİDEO
Ankarada Azərbaycanın hərbçi həkimlərinə rütbə və diplomlar təqdim olunub
Azərbaycan ilə Latviya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub