Azərbaycan Milli Elmlər Akademiyası və TÜBİTAK-ın birgə layihə müsabiqəsinin nəticələri açıqlanıb
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən elan edilmiş 3-cü layihə müsabiqəsi çərçivəsində Azərbaycan və Türkiyənin elm, təhsil və səhiyyə müəssisələrinin alim və mütəxəssisləri tərəfindən təqdim edilmiş və ilkin ekspertizadan uğurla keçmiş 48 layihə üzrə elmi ekspertiza tamamlanıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, hər bir layihə həm AMEA, həm də TÜBİTAK tərəfindən 2 rəyçiyə göndərilib və ümumilikdə 4 müstəqil ekspert tərəfindən qiymətləndirilib.
Ekspertizanın nəticələrinə əsasən yüksək nəticələrlə “Yüksək temperaturda maqnit düzülüşlü topoloji izolyatorların nəzəri hesablamalarla dizaynı, sintezi və sınağı” (AMEA-nın Fizika İnstitutu və Türkiyənin Bilkent Universiteti), “Çox əvəzli heterotsiklik karkasların yaradılmasında üzvi kataliz”(Bakı Dövlət Universiteti və Bilkent Universiteti), “Genişləndirilmiş texnologiya qəbulu modeli əsasında Türkiyə və Azərbaycanda informasiya və texnologiya mütəxəssislərinin bulud hesablamaları yanaşmalarına təsir edən amillərin qiymətləndirilməsi” (AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu və Ankara Hacı Bayram Veli Universiteti) layihələri qalib seçilib.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib