×
A
A
A
Sazlamalar

Almaniya portalında “Xocalı soyqırımının 30 illiyi” adlı məqalə yayımlanıb

Berlin, 4 mart, AZƏRTAC

Almaniyanın “freitag.de” portalında diaspor fəalı Fəxrəddin Hacıbəylinin müəllifliyi ilə “Xocalı soyqırımının 30 illiyi” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, müəllif məqaləsində 1992-ci il fevralın 26-da Xocalı şəhərində misli görünməmiş qırğının törədildiyini qeyd edib. Xocalı soyqırımı kimi tanınan bu qanlı faciədə minlərlə azərbaycanlı qətlə yetirilib və girov götürülüb. Şəhər tamamilə yerlə-yeksan edilib. Məqalədə baş vermiş faciənin bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğu vurğulanır.
Məqalə müəllifi faciənin baş verməsindən sonra “The New York Times”, “Le Monde”, “Sunday Times”, “Financial Times”, “İzvestiya”, “Times”, “Crual L'Eveneman” kimi əcnəbi qəzetlərin özündə Xocalıda baş verən dəhşətli səhnələri əks etdirən məqalələr dərc etdiyini vurğulayır və həmin məqalələrdən olan çıxarışları oxucuların diqqətinə çatdırır. Məsələn, həmin nəşrlərdən biri - “Tayms” qəzetinin 4 mart 1992-ci ildə dərc olunan buraxılışında Xocalı hadisələrindən bəhs edilərkən “insanların hissələrə parçalandığı, balaca bir qızın yalnız başının qaldığı” barədə məlumat verildiyi qeyd olunur.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xocalı faciəsi 2022-03-04 01:23:00