Fransada Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş vebinar keçirilib
Bakı, 3 mart, AZƏRTAC
Fransada yaşayan soydaşlarımızın yerli ekspertlərlə birgə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş vebinar keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının və “ALİM” elmi cəmiyyətinin rəhbəri Günel Səfərovanın moderatorluğu ilə keçirilən vebinarda “MusulmansenFrance” jurnalının baş redaktoru Jan-Mişel Brun, sosial elmlər üzrə beynəlxalq tədqiqatlar qrupunun (GERİSS) direktoru Naim Asas və Xocalı soyqırımının canlı şahidi Şahsuvar Mirzəyev çıxış ediblər.
Tədbirdə 30 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş kütləvi qətliam barədə ətraflı məlumat verilib. Şahsuvar Mirzəyev həmin gecə yaşanan dəhşətli hadisələri xatırlayıb və xocalıların ağrılı-acılı həyat hekayələrini vebinar iştirakçıları ilə bölüşüb. Çıxışlar Xocalı soyqırımı həqiqətlərini əks etdirən foto və videomaterialların nümayişi ilə müşayiət olunub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş 150-yə yaxın tədbir keçirilib.
Parisdə Xocalı soyqırımına dair sənədli filmin və kitabın təqdimatı olub
Bakı Kitab Mərkəzində “Khojaly Scream” kitabının təqdimatı olub
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Xocalı soyqırımının 31-ci ildönümü Aktauda silsilə tədbirlərlə qeyd olunub