×
A
A
A
Sazlamalar

Hərbi hissələrdə psixoloji işə dəstək tədbirləri davam etdirilir

Bakı, 3 mart, AZƏRTAC

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqlarının, Respublika Narkoloji Mərkəzinin nümayəndələrinin iştirakı ilə hərbi hissələrdə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər çərçivəsində gənc əsgərlərin xidmət şəraitinə uyğunlaşması və psixoloji sağlamlığının qorunması məqsədilə kollektiv, qrup və fərdi qaydada psixoloji yardım və dəstək fəaliyyəti həyata keçirilib, söhbətlər aparılıb.
Bundan əlavə, son illərdə ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində keçirilən tədbirlərdən, cəmiyyət arasında gənclərin bu zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınması istiqamətində görülən işlərdən danışılıb.
Respublika Narkoloji Mərkəzinin həkim-mütəxəssisləri psixoaktiv maddələrin istifadəsinin insan orqanizminə ziyanı və sonrakı fəsadları barədə maarifləndirici söhbətlər ediblər.
Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb və onlara lazımi tövsiyələr verilib.

Ordu 2022-03-03 13:47:00