×
A
A
A
Sazlamalar

İnformatika üzrə fənn olimpiadasının yarımfinal turu keçiriləcək

Bakı, 3 mart, AZƏRTAC

Martın 8-də informatika üzrə fənn olimpiadasının yarımfinal turu ölkə üzrə 5 mərkəzdə təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri üzrə 2, bölgələr üzrə isə 3 mərkəzdə keçiriləcək yarımfinal tur aşağı yaş qrupu üzrə saat 10:00, yuxarı yaş qrupu üzrə isə saat 15:00-da başlayacaq.
Rayon (şəhər) mərhələsində portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçən şagirdlər buraxılış vərəqələrini portal.edu.az saytından, 8-ci sinif şagirdləri isə təhsil aldıqları ümumi təhsil müəssisələrindən əldə edə bilərlər.
İştirakçılardan yarışın başlama vaxtından bir saat əvvəl qeyd edilən mərkəzdə olmaları xahiş olunur.
Qeyd edək ki, fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

Texnologiya 2022-03-03 11:50:00