×
A
A
A
Sazlamalar

Rusiyalı kinorejissorun kitabı Azərbaycan dilində

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə rusiyalı kinorejissor, ssenarist Andrey Tarkovskinin “Zapeçatlennoe vremya” (“Həkk olunmuş zaman”) kitabı Azərbaycan dilinə tərcümə olunub. Kitab “Parlaq imzalar” nəşriyyatında nəşr edilib.
AZƏRTAC xəbər verir ki, kitab şair, publisist Azad Yaşar tərəfindən tərcümə olunub.
Bir neçə xarici dilə tərcümə olunmuş, kino aləmində yüksək dəyərə malik “Həkk olunmuş zaman” Andrey Tarkovskinin sənət manifestidir. Kitabda filmin təsvir həlli, montaj, ssenari üzərində iş haqda fikirləri və müəllifin ideoloji baxışları yer alıb. Kitab kino ilə maraqlanan geniş oxucu kütləsi üçün maraqlı olmaqla yanaşı, kino sahəsində təhsil alan tələbələr üçün dəyərli dərslik vasitəsidir.

Teatr və kino 2022-03-03 11:42:00