×
A
A
A
Sazlamalar

Mineral daşların hər birinin öz faydası var

Bakı, 2 mart, AZƏRTAC
Keçmişdən bu günə qədər bir çox mineral daşlar bir sıra xəstəliklərin müalicəsində istifadə olunur. Rənginə və növlərinə görə müxtəlif olan mineral daşların hər birinin öz faydası var. Məsələn, sarı rəngli daş görmə və sinir sisteminə müsbət təsir göstərir, bənövşəyi rəng revmatizmi aradan qaldırır, yaşıl rəngli daş isə qan təzyiqini normallaşdırır.
AZƏRTAC xəbər verir ki, gemmoloq Nazir Nağıyev deyib: “Mineral daşlardan tibbi məqsədlərdə istifadə etməkdə əsas məsələ bədənin müəyyən nöqtələrində ağrının kəsilməsidir. Bir sıra daşlar ağrıkəsici xüsusiyyətlərə malikdir. Tərkibində soyuqluq daşıyan daşlar ağrının əsas kəsicisi sayılır. Dəri üçün ən çox yaqutdan istifadə olunur. Əqiq daşı leykositlərlə əlaqəli daşdır və onlara yaxşı təsir göstərir”.
Daşlarla müalicə xüsusilə osteoxondroz və ürək-damar xəstəliyindən əziyyət çəkənlərə tövsiyə olunur, çünki mineral daşlar sinir sisteminə birbaşa təsir göstərir, ürək fəaliyyətini yaxşılaşdırır.
“Daşları soyuqda saxlamaq lazımdır, onlar temperaturu soyuqdan alır və ağrının haradan qaynaqlandığını tapır. Daşı əldə saxlamaq da alındakı ağrını kəsə bilər, çünki bilavasitə bədən toxumaları ilə əlaqədə olan sinir sistemi oyanır. Daş isə həmin enerjini bədənin bütün nahiyələrinə yaymağa başlayır”, - deyə gemmoloq qeyd edib.
Daşlar bədənə qoyulduqdan sonra öz təsirini göstərmək üçün ən azı yarım saat saxlanılmalıdır. Qeyd edək ki, bu üsulla müalicə yüksək təzyiqli xəstələrə və hamilə qadınlara tövsiyə olunmur.

Sağlamlıq klubu 2022-03-02 16:25:00