Türkiyədə vebinar: Qarabağ Zəfərindən sonra Xocalı soyqırımının dəyərləndirilməsi
Ankara, 2 mart, AZƏRTAC
Türkiyənin Uşak Universitetinin təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Qarabağ Zəfərindən sonra Xocalı soyqırımının dəyərləndirilməsi” mövzusunda vebinar keçirilib.
Azərbaycanın Türkiyədəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, vebinarda ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Uşak Universitetinin prorektoru Murat Mustafa Öntuğ və başqaları mövzu ətrafında müzakirələr aparıblar.
Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbədən sonra regionda yaranmış yeni geosiyasi vəziyyət yüksək dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan və Türkiyə regionda bütün tərəflərin qarşılıqlı maraqlarını əks etdirən bu vəziyyətin qorunmasında və inkişaf etdirilməsində maraqlıdır. Bunun üçün iki qardaş ölkə geniş imkanlara malikdir.
Çıxışlarda, həmçinin XX əsrin ən ağır faciələrindən sayılan Xocalı soyqırımı barədə fikirlər dinlənilib. Yekdil olaraq ifadə edilib ki, Xocalı soyqırımı xalqlarımızın qan yaddaşıdır. Bu faciə unudula və unutdurula bilməz.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Xəzər Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib
Bəhreyn qəzetində Azərbaycanlıların Soyqırımı Günü barədə məqalə dərc olunub
Küveyt qəzetində Azərbaycanlıların Soyqırımı Günü barədə məqalə dərc olunub
Pərvin Kərimzadə: Azərbaycanlılara qarşı soyqırımı aktları bəşər tarixinin ən qanlı faciələridir
Malik Həsənov: Tariximizin hansı dövrünə nəzər salsaq, erməni vəhşiliklərinin şahidi olarıq