Mexikoda lisey şagirdlərinə Xocalı həqiqətləri barədə məlumat verilib
Bakı, 2 mart, AZƏRTAC
Mexiko şəhərində fəaliyyət göstərən “Centro Escolar Patria” liseyində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar konfrans keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZRƏTAC-a bildiriblər ki, Komitənin dəstəyi və Meksikada yaşayan diaspor fəalı Sevda Verdiyevanın təşəbbüsü ilə baş tutan konfransda əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans iştirakçılarına Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti haqqında ətraflı məlumat verilib. Sonra Azərbaycan tarixinə ən dəhşətli, faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı həqiqətləri faktlar, video və foto materiallar əsasında gənclərin nəzərinə çatdırılıb.
Qeyd edilib ki, Xocalı faciəsini parlament səviyyəsində qətliam kimi tanıyan dövlətlərdən biri də Meksikadır.
Misli görünməmiş qəddarlıqla törədilmiş faciədən təsirlənən konfrans iştirakçıları şamlar yandıraraq Xocalıda şəhid olanların ruhlarına dualar oxuyublar.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.
Xəzər Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib
Bəhreyn qəzetində Azərbaycanlıların Soyqırımı Günü barədə məqalə dərc olunub
Küveyt qəzetində Azərbaycanlıların Soyqırımı Günü barədə məqalə dərc olunub
Pərvin Kərimzadə: Azərbaycanlılara qarşı soyqırımı aktları bəşər tarixinin ən qanlı faciələridir
Malik Həsənov: Tariximizin hansı dövrünə nəzər salsaq, erməni vəhşiliklərinin şahidi olarıq