Saloniki sakinləri Xocalı soyqırımı barədə məlumatlandırılıb
Bakı, 28 fevral, AZƏRTAC
Yunanıstanın Saloniki şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Komitənin dəstəyi, “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Salonikidəki Azərbaycan Evinin rəhbəri Rəşid Məmmədovun təşkilatçılığı ilə keçirilən aksiya şəhərin Aristotel meydanında baş tutub.
Aksiya zamanı yerli sakinlərə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin məhz azərbaycanlı olduqlarına görə Xocalıda dinc və günahsız əhaliyə qarşı dəhşətli soyqırımı törətdiyi barədə məlumatın əks olunduğu broşürlər paylanıb.
Parisdə Xocalı soyqırımına dair sənədli filmin və kitabın təqdimatı olub
Bakı Kitab Mərkəzində “Khojaly Scream” kitabının təqdimatı olub
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Xocalı soyqırımının 31-ci ildönümü Aktauda silsilə tədbirlərlə qeyd olunub