Yunan saytı: Xocalıda törədilmiş soyqırımı insanlıq əleyhinə cinayətlər kateqoriyasına daxildir
Bakı, 28 fevral, AZƏRTAC
Yunanıstanın https://www.karfitsa.gr xəbər saytında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin, Saloniki Azərbaycan Evinin rəhbəri Rəşid Məmmədovun qələmə aldığı məqalədə bildirilib ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərini işğal etdiyi və məhz azərbaycanlı olduqlarına görə dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutduğu barədə ətraflı məlumat verilib.
“Xocalı şəhərində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərin miqyasını və xarakterini nəzərə alsaq, bu əməllər insanlıq əleyhinə cinayətlər kateqoriyasına daxildir. Məhz buna görə 2010-2014-cü illərdə bir sıra ölkələrin parlamentləri bu faktı soyqırımı aktı kimi pisləyib. Ermənistanın azərbaycanlı əhaliyə qarşı hərbi cinayətləri beynəlxalq təşkilatlar tərəfindən də qınanıb. 2012-ci il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası Xocalı soyqırımını pisləyən bəyanatla çıxış edib və digər beynəlxalq təşkilatları bu hadisələrə hüquqi qiymət verməyə çağırıb”, - deyə müəllif nəzərə çatdırıb.
Ağdaban faciəsindən 31 il ötür
İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmiz ermənilərin soyqırımı siyasətini dayandırdı
31 Mart soyqırımı - erməni faşizminin antibəşəri siması
Mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən qanlı terror aktlarından biridir