Serbiya portalında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məqalə yayımlanıb
Bakı, 28 fevral, AZƏRTAC
Serbiyanın https://www.danas.rs xəbər saytında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məqalə yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadənin təşəbbüsü ilə yazılan məqalədə bildirilib ki, Xocalı soyqırımı Ermənistanın ölkəmizə onilliklər ərzində hərbi təcavüzü zamanı dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi dəhşətli cinayət barədə məlumat verən müəllif qeyd edib ki, bu, Ermənistanın dövlət səviyyəsində azərbaycanlılara qarşı həyata keçirdiyi milli nifrət və irqi ayrı-seçkilik siyasəti nəticəsində baş verib.
Məqalədə britaniyalı jurnalist Tomas de Vaalın “Qara bağ” kitabından Ermənistanın ovaxtkı müdafiə naziri və keçmiş prezidenti Serj Sarkisyanın “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən insanlardır. Biz bu stereotipi qırmağa müvəffəq olduq” sitatına diqqəti cəlb edilib. Qeyd olunub ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli Qərarında Xocalıda törədilmiş cinayətlərlə bağlı mühüm nəticəyə gəlib, cinayətləri törədənlərin hərəkətlərini “müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlər təşkil edə bilən xüsusi ağırlıqlı əməllər” elan edib.
Xəzər Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib
Bəhreyn qəzetində Azərbaycanlıların Soyqırımı Günü barədə məqalə dərc olunub
Küveyt qəzetində Azərbaycanlıların Soyqırımı Günü barədə məqalə dərc olunub
Pərvin Kərimzadə: Azərbaycanlılara qarşı soyqırımı aktları bəşər tarixinin ən qanlı faciələridir
Malik Həsənov: Tariximizin hansı dövrünə nəzər salsaq, erməni vəhşiliklərinin şahidi olarıq