Qətərdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir təşkil olunub
Qahirə, 28 fevral, AZƏRTAC
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Qətərin paytaxtı Doha şəhərində tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qətərdəki səfirliyində keçirilən tədbirin iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Tədbirdə Qətərdə yaşayan həmvətənlərimiz, qardaş Türkiyənin səfiri Mehmet Mustafa Göksü, türkiyəli diplomatlar, jurnalistlər, elm adamları və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Ölkəmizin Qətərdəki səfiri Rəşad İsmayılov tədbirdəki çıxışında Xocalı faciəsi haqqında ətraflı məlumat verib, xarici ölkələrdə yaşayan soydaşlarımızın bu soyqırımı daha çox tanıtmaq istiqamətində fəaliyyətindən danışıb.
Türkiyənin Qətərdəki səfiri M.M.Göksu Xocalı soyqırımı qurbanlarını ehtiramla anaraq, xalqımıza birlik və həmrəylik diləklərini çatdırıb.
Sonra çıxış edən Qətər ictimaiyyətinin nümayəndəsi V.Badavi, Qətərdəki Azərbaycan icmasının üzvlərindən C.Mirzəyeva bildiriblər ki, Xocalıda baş verən hadisələrin üzərindən 30 il keçməsinə baxmayaraq, bu faciənin ağrı-acısı ürəklərdə qalır.
Tədbirin sonunda Qətərdə təhsil alan şagirdlər Xocalı soyqırımı haqqında şeirlər söyləyiblər, həmçinin iştirakçılar faciəni əks etdirən fotostendlə tanış olublar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bakı Kitab Mərkəzində “Khojaly Scream” kitabının təqdimatı olub
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Xocalı soyqırımının 31-ci ildönümü Aktauda silsilə tədbirlərlə qeyd olunub
Fransa portalı Xocalı soyqırımından bəhs edən məqalə yayıb
Gürcüstan mətbuatı Vyanada Xocalı soyqırımı ilə bağlı aksiyadan yazıb