Türkiyədə “Dinməyən fəryad - Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib
İstanbul, 28 fevral, AZƏRTAC
Türkiyənin Eskişəhər vilayətində "Dinməyən fəryad - Xocalı soyqırımı" mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhərin Yunus Emre Mədəniyyət və Sənət Mərkəzində baş tutan tədbir Eskişəhər Azərbaycanlıları Dərnəyi tərəfindən təşkil olunub.
Əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımı haqqında iştirakçılara geniş məlumat veriblər, faciənin bütün dövlətlər tərəfindən məhz soyqırımı kimi qəbul edilməsinin və bu qanlı hadisəni törədənlərin qanun qarşısında cavab verməsinin ədalətin təmin olunması baxımından vacibliyini vurğulayıblar.
Mərasim panel iclasla davam etdirilib.
Tədbir əsnasında Xocalı soyqırımını özündə əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.
Konfransda Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının və Türkiyənin Eskişəhər dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Bakı Kitab Mərkəzində “Khojaly Scream” kitabının təqdimatı olub
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Xocalı soyqırımının 31-ci ildönümü Aktauda silsilə tədbirlərlə qeyd olunub
Fransa portalı Xocalı soyqırımından bəhs edən məqalə yayıb
Gürcüstan mətbuatı Vyanada Xocalı soyqırımı ilə bağlı aksiyadan yazıb