Xocalı soyqırımı qurbanlarının xatirəsi Lüksemburqda anılıb
Bakı, 28 fevral, AZƏRTAC
Lüksemburqda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Komitənin informasiya dəstəyi və “Qarabağ” Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Ermənistan silahlı dəstələrinin Xocalıda dəhşətli soyqırımı törətməsini xalqımıza qarşı uzun illər həyata keçirilən etnik təmizləmə və hərbi təcavüz siyasətinin tərkib hissəsi kimi qiymətləndiriblər. Xocalıda baş verənlərin canlı şahidi olan dinc sakinlərin acı hekayələrini xatırladan soydaşlarımız Azərbaycan xalqının Xocalı faciəsini heç vaxt unutmayacağını və unutdurmayacağını, “Xocalıya ədalət!” tələb etdiklərini nəzərə çatdırıblar.
Tədbir çərçivəsində Xocalı soyqırımı qurbanlarına həsr olunmuş anım guşəsi təşkil edilib.
Ukraynanın Sumı vilayətində Xocalı soyqırımı həqiqətlərinə dair stend yaradılıb
Pakistan Senatı Xocalı soyqırımını pisləyən qətnaməni yekdilliklə qəbul edib VİDEO
Londonda məşhur kitab mağazası “Xocalı” kitabını satışa çıxarıb