“Qanlı tarix – Xocalı soyqırımı” videoçarxı xarici KİV-də
Bakı, 28 fevral, AZƏRTAC
Bir sıra tanınmış dünya xəbər portalları - Amerika Birləşmiş Ştatlarının “Texas.statenews.net”, Fransanın “Musulmans en France”, Argentinanın “Equilibrium Global”, “Tuvozalmundo”, Rumıniyanın “News24hours.ro”, “Lumea.ro”, “Caucaz.ro”, Çexiyanın “Rebuildsyia.cz”, Türkiyənin “Dibace.net”, “Anahaberyorum.com”, İraqın “Ashurnews.com”, “Afkarhura.com”, Əlcəzairin “Alharir.info”, Misirin “News International”, Gürcüstanın “Zğvauri” saytları və sosial şəbəkələri Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan həqiqətləri beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində müxtəlif dillərdə hazırlanmış “Qanlı tarix - Xocalı soyqırımı” adlı videoçarxın yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib k, tarixi faktlara və sənədlərə istinadən hazırlanmış videoçarx silahlı erməni terrorçu dəstələrinin 1992-ci ilin 26 fevralında Azərbaycanın Xocalı şəhərində törətdiyi qanlı qətliamdan, dinc azərbaycanlıların soyqırımından bəhs edir.
Berlində azərbaycanlı gənc musiqiçilərin konserti olub
Mstislav Rostropoviçin anım günü ilə əlaqədar onlayn fləş-mob keçirilib
Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə beynəlxalq elmi-praktiki konfrans keçirilib
Kembricdə azərbaycanlı professorun kitabının təqdimatı olub VİDEO
Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalının açılışı olub