×
A
A
A
Sazlamalar

TRT-nin saytı AZƏRTAC-ın büro rəhbərinin Xocalı soyqırımı ilə bağlı məqaləsini yayıb

Ankara, 28 fevral, AZƏRTAC
“TRT-Azərbaycan” radiosunun rəsmi saytı AZƏRTAC-ın büro rəhbəri Sabir Şahtaxtının Xocalı soyqırımına həsr olunan analitik məqaləsini yayıb.
AZƏRTAC xəbər verir ki, dörd altbaşlıqla təqdim olunan “Xocalıya ədalət!” ümumdünya sülh çağırışıdır” sərlövhəli məqalənin girişində Azərbaycana qarşı erməni təcavüzkarlığının tarixi barədə qısa məlumat verilir.
Müəllif faktlar və məntiqi mülahizələrlə əsaslandırır ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini gerçəkləşdirmək üçün Xocalıda məqsədli şəkildə soyqırımı törədib. Vandallar Xocalıda bu bəşəri cinayəti törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq, erməni cəlladlarının xofunu yaratmaq istəyirdilər.
Məqalədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbə əsasında regiondakı geosiyasi vəziyyət tamamilə dəyişdiyi və mövcud proseslərlə xatırladılır. Vurğulanır ki, bütün bunlar Xocalı soyqırımının unudulmasına əsas ola bilməz. Bu barədə Prezident İlham Əliyevin fikirləri oxucuya təqdim olunur: “Bu gün, burada təməlini qoyduğum Memorial Kompleks (Gəncə) böyük ərazini əhatə edəcək. Bu Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış bu binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı”.

 

Xocalı faciəsi 2022-02-28 13:52:00