Xocalı soyqırımının 30-cu ildönümü İtaliya mətbuatının diqqət mərkəzində olub
Roma, 28 fevral, AZƏRTAC
İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri Xocalı soyqırımının 30-cu ildönümü mövzusuna diqqət ayırıb. Bu xüsusda, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin müsahibələri, ölkəmizin İtaliyadakı səfirliyinin açıqlamaları dərc olunub, habelə anım tədbiri ilə bağlı reportajlar yayımlanıb.
AZƏRTAC xəbər verir ki, səfir M.Əhmədzadənin İtaliyanın nüfuzlu “il Giornale” qəzetində Xocalı soyqırımı ilə bağlı dərc olunmuş geniş müsahibəsi “MSN” və “Headtopics” kimi mətbuat orqanlarının da marağına səbəb olub və onlar tərəfindən də təkrar dərc edilib.
“Retesole Lazio” televiziya kanalında fevralın 24-də Romada nümayişi keçirilən, Xocalı soyqırımı qurbanlarının acı taleyindən bəhs edən Arye Qut və Əmir Qutun “Ağrı” romanının motivləri əsasında italyan yazıçı Klaudia Di Domenikonun ssenari müəllifi və rejissoru olduğu eyniadlı tamaşa ilə bağlı geniş videoreportaj yayımlanıb. Videoreportajda səfir M.Əhmədzadənin, tamaşanın ssenari müəllifi və rejissoru Klaudia Di Domenikonun, ideya müəllifi və bədii rəhbəri, maestro Pierluici Ruccieronun və musiqilərin müəllifi bəstəkar, pianoçu Luciano Di Ciandomenikonun müsahibələri də yer alıb.
Habelə Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyinin mətbuata açıqlaması, Romada nümayiş olunmuş Xocalı soyqırımı qurbanlarının acı taleyindən bəhs edən “Ağrı” bədii-musiqili tamaşası və həmin tədbirdə səfir M.Əhmədzadənin söylədiyi nitqi “Nova News”, “Agenzia Nova”, “Gazetta Diplomatica”, “Giornale Diplomatico”, “Kmetro0”, “Globus Magazine”, “Metroct” və sair kimi mətbuat orqanları tərəfindən dərc edilib.
Eyni zamanda, “Askanews” xəbər agentliyi Xocalı soyqırımının 30-cu ildönümünün anılması ilə əlaqədar nümayiş olunmuş “Ağrı” tamaşası ilə bağlı videoreportaj yayıb və həmin videoreportaj İtaliya mətbuatının böyük marağına səbəb olub. “il Sole 24 Ore”, “il Tempo”, “Libero Quotidiano”, “Affari Italiani”, “Today.it”, “il Dolomiti”, “Notizie Yahoo”, “Finance Yahoo”, “Style Yahoo”, “Quotidiano”, “Virgilio”, “Notizie Tiscali”, “Corriere di Siena”, “Corriere di Viterbo”, “Corriere di Rieti”, “Corriere dell'Umbria”, “Timgate”, “Vistosulweb”, “Dailymotion”, “MSN”, “Notizie.it” və sair kimi çoxsaylı mətbuat orqanları tərəfindən də həmin videoreportaj yayılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bakı Kitab Mərkəzində “Khojaly Scream” kitabının təqdimatı olub
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Xocalı soyqırımının 31-ci ildönümü Aktauda silsilə tədbirlərlə qeyd olunub
Fransa portalı Xocalı soyqırımından bəhs edən məqalə yayıb
Gürcüstan mətbuatı Vyanada Xocalı soyqırımı ilə bağlı aksiyadan yazıb