×
A
A
A
Sazlamalar

Nantdakı “Qarabağ” məktəbində Xocalı soyqırımına həsr edilmiş anım dərsi keçirilib

Nant, 28 fevral, AZƏRTAC

Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” məktəbinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş anım dərsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Xocalı qurbanlarına həsr edilmiş anım dərsində əvvəlcə mənfur qonşumuzun ölkəmizə hərbi təcavüzündən, Xocalıda mülki sakinlərə qarşı törətdiyi qəddarlıqdan danışılıb.
Bildirilib ki, Xocalı soyqırımında uşaqlara, qadınlara və ahıllara qarşı amansız qəddarlıq göstərilib. Azərbaycanlılar doğma yurdlarından didərgin salınıb. Şagirdlərə, eyni zamanda, erməni vandalizminin tarixi faktları haqqında məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz doğma torpaqlarımızı işğaldan azad edib, torpaqlarımızın azadlığa qovuşması ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının ruhları şad olub.
Anım dərsində Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olunub. Şagirdlər Xocalı soyqırımına dair şerlər söyləyib, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Nant

 

Xocalı faciəsi 2022-02-28 13:00:00