×
A
A
A
Sazlamalar

Özbəkistan portallarında Xocalı faciəsindən bəhs edən materiallar dərc olunub

Daşkənd, 28 fevral, АZƏRTAC
Özbəkistanın “ziyauz.uz” “qalampir.uz”. “azon.uz” və “xabar.uz” portalları Xocalı faciəsi ilə bağlı özbək dilində materiallar dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalələrdə Xocalı soyqırımının törədilməsi səbəbləri haqqında məlumat verilir.
Bildirilir ki, bu il Xocalı soyqırımının 30-cu ildönümüdür. Azərbaycan xalqı faciə qurbanlarının xatirəsini ehtiramla anır. Faciənin 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.
Qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayı ilə birgə Xocalıda azərbaycanlılara qarşı görünməmiş vəhşiliklər törədib, uşaqlara, qadınlara, qocalara aman verilməyib, südəmər körpələr süngüyə keçirilib.
Yazılarda “Xocalıya ədalət!” kampaniyası haqqında da məlumat verilir. Bildirilir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə dünyanın müxtəlif ölkələrində soyqırımı ilə bağlı tədbirlər keçirilir.
Materiallar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap edilib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

 

Xocalı faciəsi 2022-02-28 10:43:00