Xocalı faciəsinin ildönümü ilə əlaqədar Praqada matəm konserti olub
Praqa, 28 fevral, AZƏRTAC
Çexiyanın paytaxtı Praqada Xocalı və Liditse faciələrinin qurbanlarına həsr olunmuş matəm konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Çex Respublikasındakı səfiri Adış Məmmədov, diasporumuzun nümayəndələri, çex ziyalıları və digər qonaqlar iştirak ediblər.
Konsertin açılışında azərbaycanlı şair Leyla Bəyim və çex aktyor Kriştof Nohinek çıxış edərək hər iki faciə haqqında məlumat veriblər.
Daha sonra konsertdə dünya bəstəkarlarının əsərləri və Azərbaycan xalq musiqisi səsləndirilib.
Tədbir Çexiyada fəaliyyət göstərən Natəvan cəmiyyətinin üzvləri olan Leyla Bəyim və Fərid Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Ukraynanın Sumı vilayətində Xocalı soyqırımı həqiqətlərinə dair stend yaradılıb
Pakistan Senatı Xocalı soyqırımını pisləyən qətnaməni yekdilliklə qəbul edib VİDEO
Londonda məşhur kitab mağazası “Xocalı” kitabını satışa çıxarıb