Finlandiyanın paytaxtında Xocalı soyqırımına dair məlumatlandırma aksiyası təşkil edilib
Bakı, 27 fevral, AZƏRTAC
Helsinki şəhərinin mərkəzi hissəsində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, aksiya Komitənin dəstəyi, Finlandiya Azərbaycanlıları Koordinasiya Şurasının və Azər-Türk Gənclər Təşkilatının təşəbbüsü ilə baş tutub.
Finlandiya parlamentinin yaxınlığındakı Helsinki Musiqi Evinin (Musiikkitalo), “Kampi” ticarət mərkəzinin qarşısında və digər yerlərdəki elektron lövhələrdə Xocalı soyqırımı həqiqətlərini əks etdirən məlumat yerləşdirilib. Məlumatlarda “Xocalını xatırla!”, “Xocalıya ədalət!” şüarları, “26.02.1992” tarixi və “30” rəqəmi yazılıb.
Aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən gerçəkləşdirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində baş tutub.
Ağdaban faciəsindən 31 il ötür
İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmiz ermənilərin soyqırımı siyasətini dayandırdı
31 Mart soyqırımı - erməni faşizminin antibəşəri siması
Mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən qanlı terror aktlarından biridir