Monteneqro paytaxtının sakinləri Xocalı soyqırımı ilə bağlı məlumatlandırılır
Bakı, 27 fevral, AZƏRTAC
Monteneqronun paytaxtı Podqoritsa şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Komitənin dəstəyi, Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı ilə paytaxtın izdihamlı mərkəzi küçələrindəki elektron lövhələrdə Xocalı soyqırımı həqiqətlərini əks etdirən məlumat yerləşdirilib. Məlumatda Azərbaycana qarşı törədilmiş amansız soyqırımı zamanı 613 nəfərin (arasında 63 uşaq, 106 qadın, 70 qoca olmaqla) vəhşicəsinə qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini itirdiyi, 130 uşağın valideynlərindən birini itirdiyi, arasında 76 uşaq olmaqla 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü və 150 nəfərin itkin düşdüyü nəzərə çatdırılıb. Məlumatlandırıcı lövhədə www.justiceforkhojaly.org, www.xocali.mevə www.khojaly.me internet səhifələrinə keçidlər göstərilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başladılmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində baş tutan aksiya martın 1-dək davam edəcək.
Rəhman Hacıyev: Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik mütləqdir
Mərhum deputat Qənirə Paşayeva ilə vida mərasimi keçirilir CANLI
Məhkəmə-Hüquq Şurasının növbəti iclasında cari məsələlərə baxılıb
Paytaxtın bir sıra yollarında tıxac yaranıb
MDU-nun koordinatoru olduğu Erasmus+ layihəsinin növbəti təlimlərinə start verilib