“Xocalı soyqırımı: ABŞ mediasında və beynəlxalq hesabatlarda” adlı kitabça nəşr olunub
Vaşinqton, 27 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin səyi ilə “Xocalı soyqırımı: ABŞ mediasında və beynəlxalq hesabatlarda” adlı kitabça nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitabçanın fevralın 25-də ABŞ-ın nüfuzlu Kennedi Mərkəzinin “Ədalət Forumu” zalında Xocalı soyqırımı ilə bağlı təşkil olunmuş anım tədbirində ilk təqdimatı keçirilib.
Qeyd edilən nəşrdə ABŞ-ın nüfuzlu “The Washington Post”, “The New York Times”, “The Wall Street Journal”, “Los Angeles Times”, “The Boston Globe”, “Chicago Tribune”, “The Philadelphia Inquirer” və sair mətbu orqanlarında nəşr olunmuş məqalələr, qərb müəlliflərinin kitablarından çıxarışlar və beynəlxalq hesabatlardan yazılar əks olunub. Müvafiq məqalələr ABŞ Konqresinin kitabxanasının arxivindən toplanıb.
Nəşrin ABŞ-da aidiyyəti dövlət qurumlarına və Konqresə təqdim edilməsi nəzərdə tutulur.
Kitabça ilə aşağıdakı keçiddə tanış olmaq mümkündür: https://washington.mfa.gov.az/files/shares/5mb.pdf
AZƏRTAC-ın Vaşinqton bürosu
Ağdaban faciəsindən 31 il ötür
İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmiz ermənilərin soyqırımı siyasətini dayandırdı
31 Mart soyqırımı - erməni faşizminin antibəşəri siması
Mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən qanlı terror aktlarından biridir