Estoniyada Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
Tallin, 27 fevral, AZƏRTAC
Estoniya Musiqi və Teatr Akademiyasında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Estoniyada fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə mədəniyyət naziri Tiit Terik, Estoniya-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri Mihhail Korb, Kristina rayonunun icra başçısı Janus Riibe, keçmiş xarici işlər naziri Kristina Ojuland, Türkiyənin Estoniyadakı səfirliyinin nümayəndələri, eləcə də Estoniyada təhsil alan tələbələr iştirak ediblər.
Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş klassik musiqi konsertində tanınmış ifaçılar çıxış ediblər.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin
Ağdaban faciəsindən 31 il ötür
İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmiz ermənilərin soyqırımı siyasətini dayandırdı
31 Mart soyqırımı - erməni faşizminin antibəşəri siması
Mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən qanlı terror aktlarından biridir