Zeynəb Əmri: Beynəlxalq ictimaiyyət Xocalı soyqırımına biganə qalmamalıdır
Paris, 27 fevral, AZƏRTAC
Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdik. Xocalı soyqırımı haqqında eşitmişəm, soyqırımı şəkillərini görmüşəm. Beynəlxalq ictimaiyyət bu soyqırımına biganə qalmamalıdır.
Bu fikirləri ERE televiziya kanalının kommunikasiya rəhbəri Zeynəb Əmri Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş anım tədbirində AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, Xocalı soyqırımını şəkillərdə görüb, ancaq azad olunmuş ərazilərdə törədilmiş urbisidi öz gözləri ilə görüb.
“Fransada yayımlanan ERE televiziya kanalının üzvləri ilə birlikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olmuşam. Səfər çərçivəsində Ağdam şəhərində olduq və orada törədilmiş vəhşilikləri gözlərimizlə gördük.
Evlər, infrastruktur, hər şey yer üzündən silinib. Ağdamda qəbiristanlığın məhv edilməsi bizi daha çox dəhşətə gətirdi. Qəbiristanlığı dağıtmaq əcdadların ruhuna göstərilən hörmətsizlikdir. Azad olunmuş torpaqlarda işğalçıların törətdikləri qəbuledilməzdir”, - deyə Z.Əmri bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Ağdaban faciəsindən 31 il ötür
İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmiz ermənilərin soyqırımı siyasətini dayandırdı
31 Mart soyqırımı - erməni faşizminin antibəşəri siması
Mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən qanlı terror aktlarından biridir