Xocalı soyqırımını əks etdirən poçt markaları alman təşkilatlarına göndərilib
Berlin, 27 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzi tərəfindən Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar hazırlanan, üzərində Xocalı faciəsini əks etdirən poçt markaları olan 300 ədəd flayer Alman Bundestaqına, Bavariya Parlamentinə, Almaniya Mərkəzi Protestan kilsəsinə, Alman Mərkəzi Arxeparxiyasına, Almaniyada Yəhudilərin Mərkəzi şurasına və Almaniyada Müsəlmanların Mərkəzi şurasına göndərilib.
AZƏRTAC xəbər verir ki, flayerlərdə mənfur qonşularımızın 30 il bundan əvvəl Xocalı şəhərində günahsız soydaşlarımıza qarşı etdiyi soyqırımı haqqında məlumatlar alman dilində əks olunub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bakı Kitab Mərkəzində “Khojaly Scream” kitabının təqdimatı olub
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Xocalı soyqırımının 31-ci ildönümü Aktauda silsilə tədbirlərlə qeyd olunub
Fransa portalı Xocalı soyqırımından bəhs edən məqalə yayıb
Gürcüstan mətbuatı Vyanada Xocalı soyqırımı ilə bağlı aksiyadan yazıb