Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunan klip təqdim edilib
Bakı, 27 fevral, AZƏRTAC
London şəhərində yaşayan soydaşlarımız Xocalı soyqırımı qurbanlarına ithaf etdikləri “Chiquilin de Bachin” əsərinin videoklipini təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində lentə alınmış klipdə əsəri Səadət Fərziyeva (piano), Rasim Fərziyev (kamança) və Tereza Mostallino (kamança) ifa ediblər. Tereza diaspor üzvümüz Nərminə Məmmədovanın qızıdır.
Videoklipdə 613 Xocalı qurbanının fotosu və Xocalı soyqırımı barədə qısa məlumat da yerləşdirilib.
Tanqo janrında bəstələnmiş mahnının müəllifləri argentinalı bəstəkar Astor Pyatsolla və şair Horasio Ferrerdir.
Bakıda rus romansı axşamı keçirilib
İstiqlal Muzeyində ədəbi-bədii tədbir - “Heydər Əliyev və uşaqlar”
Musiqili Teatrın monotamaşası beynəlxalq festivalda mükafatlandırılıb
“Azərxalça”nın xalçaları ilk dəfə Latviyada sərgilənib
Milli Kulinariya Komandamız beynəlxalq yarışmada gümüş və bürünc medallar qazanıb